Company logo

Emko Technologies 9-cu Beynəlxalq Bankçılıq Forumunda əsas sponsor kimi iştirak etdi

date2025-11-19
views1
icon
Emko Technologies 9-cu Beynəlxalq Bankçılıq Forumunda əsas sponsor kimi iştirak etdi

Emko Technologies şirkəti Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan 9-cu Beynəlxalq Bankçılıq Forumunda uğurla iştirak etmişdir. Bu ilki forumda şirkətimiz tədbirin əsas sponsorlarından biri qismində təmsil olunmuş və xüsusi stend ilə iştirakçılara öz innovativ texnoloji həllərini təqdim etmişdir.

Forum çərçivəsində şirkət nümayəndələrimiz yerli və xarici sənaye liderləri, bank sektorunun təmsilçiləri ilə görüşərək rəqəmsal bankçılığın gələcəyi və təhlükəsizlik sistemlərinin rolu barədə səmərəli müzakirələr aparmışdır.

Tədbirin yüksək səviyyədə təşkilatçılığına və yaradılan səmərəli əməkdaşlıq mühitinə görə Azərbaycan Banklar Assosiasiyasına (ABA), xüsusilə də ABA-nın icraçı direktoru cənab Yunus Abdulova dərin təşəkkürümüzü bildiririk. Sizin peşəkar yanaşmanız və dəstəyiniz bu tədbirin uğurlu keçməsində mühüm rol oynamışdır.

Emko Technologies olaraq bank və maliyyə sektoru üçün qabaqcıl texnologiyaların tətbiqi və inkişafı istiqamətində fəaliyyətimizi gələcəkdə də əzmlə davam etdirəcəyik.

Digər xəbərlər